Yanvarda 14 gün iş olmayacaq

Yanvarda 14 gün iş olmayacaq
  • Sosial / Araşdırma

  • Bu il Yeni il bayramı ərəfəsində Azərbaycanda ardıcıl olaraq 5 gün qeyri-iş günü olacaq.

    Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1-i və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.

    1-2 yanvar şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 3 və 4 yanvar tarixləri müvafiq qərara əsasən qeyri-iş günü hesab edilir.

    Bununla da ardıcıl olaraq 5 gün – 31 dekabr, 1, 2, 3, 4 yanvar tarixlərinin qeyri-iş günləri elan ediləcəyi gözlənilir.

    Asiya.az xəbər verir ki, ümumilikdə isə noyabr ayındakı digər şənbə-bazar günləri və 20 Yanvar - Ümumxalq Hüzn Günü də nəzərə alınarsa, ümumilikdə 14 gün qeyri-iş günü olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər