Astarada ata oğluna ov tüfəngi ilə atəş açdı

Astarada ata oğluna ov tüfəngi ilə atəş açdı
  • Hadisə / Astara

  • Astarada ata oğlunu ov tüfəngi ilə xəsarət yetirib.

    Hadisə saat 20:00 radələrində Astara rayonunun Sığaloni kəndi ərazisində baş verib. Ata Ağaşir Hüseynov oğlu 1991-ci il təvəllüdlü Tural Ağaşir oğlu Hüseynova ov tüfəngi ilə güllələyib. T.Hüseynov Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib və cərrahiyyə şöbəsinə, əməliyyat blokuna alınıb.
    İlkin məlumata ata və oğul arasında mübahisə sitrus meyvələri üstündə yaranıb. 

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Astara rayon sakini Tural Hüseynovun ov silahından açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib və hazırda saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər