Ulu Zəngəzurun qəhrəman Zəngilanı

Ulu Zəngəzurun qəhrəman Zəngilanı
  • Siyasət

  • Səfəvi dövründə Azərbaycan nəhəng və güclü bir imperiyaya sahib idi. Tarix dərsliklərində bu imperiyanın ərazısi belə xatırlanır: Sırdərya, Amudərya, Fərat, Dəclə, Gürcüstan və və bütün Cənubi Qafqaz.Bu imperiya ilə öyünməyə dəyər.
     
    XIX əsrin əvvəllərində rus çarı I Aleksandr nənəsi II Yekaterinanın Cənubi Qafqazla  bağlı arzularını reallaşdırmağa qərar verdi.Nənə Yekaterina erməniləri hansı məhəbbətlə sevirdisə, nəvə Aleksandr da erməni məhəbbətini elan etməkdən zövq alırdı.Beləliklə Rusiya-müstəqil Azərbaycan xanlıqları arasında baş verən müharibə (1804-1813-cü illər) və Rus -Osmanlı müharibəsi( 1806-1812-ci illər) nəticəsində qalib Rusiya böyük torpaqlar işğal etdi, erməniləri İran və Osmanlı ərazisindən Azərbaycana köçürməklə xalqımızın başına gətirilən müsibətlərin bünövrəsi qoyuldu.Beləliklə, çarizmin işğalçı siyasəti bitsə də, erməni soyqırımları 2023-cü ilin sentyabrına kimi davam etdi.
         
    1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli Respublikanın fəaliyyəti və uğurları Azərbaycan xalqının adı ilə bağlıdır.23 ay fəaliyyət göstərən bu Cümhuriyyət 350 ilkə imza atdı.Cümhuriyyət dövründə erməni daşnak qüvvələri Zəngəzuru ələ keçirmək üçün dəridən-qabıqdan çıxdılar, amma Zəngəzura bata bilmədilər.Əliyalın əhali öz dədə-baba torpaqlarını heç kimə vermək istəmirdilər və vermədilər. Zəngilan da qəzanın ən döyüşkən insanları ilə ad çıxarmışdı.
     
    1920-ci ilin aprel işğalı xalqımızın arzu və istəklərini yarımçıq qoydu.Bolşevik Rusiyasının tələbi ilə Zəngəzurun qərb hissəsi Ermənistana verildi.Şərqi Zəngəzur, o cümlədən Zəngəzur sovet Azərbaycanın tərkibində qaldı. Zəngəzur torpaqları iki yerə bölündü.Bölünən təkcə torpaqlarımız olmadı, tariximiz, mədəniyyətimiz, arxeoloji abidələrimiz, dinimiz, dilimiz, adət-ənələrimiz qadağalara və hücumlara məruz qaldı.
    Zəngilan xalqımızın qədim yurd yeridir.Bolsulu çayları,qara mərmər yatağı, qızıl yatağı, əhəng xammalı və daha nələr Zəngilanın varı-dövləti idi. Düşmən 1993-cü ilin oktyabrında Zəngilanı işğal etdi.Ədalət naminə qeyd etmək lazımdır ki, zəngilanlılar düşmənlə axıradək vuruşdular, 235 şəhid və itkin verərək İran İslam Respublikasının ərazisinə keçərək Azərbaycanın 43 rayonunda məskunlaşdılar.
    Düşmən Zəngilana qarşı düşmən kimi hərəkət etdi.Dini-tarixi abidələri, ziyarətgahları, tarixi memarlıq abidələri, bütün yaşayış məskənləri yerlə-yeksan edildi.
     
    2020-ci ilin 44 günlük Vətən Müharibəsi düşmənin Zəngilanın gələcəyi ilə bağlı planlarını alt-üst etdi. Oktyabrın 20-də Zəngilan düşmən işğalından azad edildi. Ali Baş Komandan, 44 günlük Vətən  Müharibəsinin Fatehi İlham Əliyev cənabları Azərbaycan xalqını bu qələbə münasibətilə təbrilk etdi.
     
    1993-cü ildən Vətənə həsrət qalan Zəngilan əhalisi torpaqlarına qovuşaraq gecə-gündüz bərpa-quruculuq işləri ilə məşğul olur,şəhər və kəndlərini  cənnətə çevirməklə məşğuldurlar.

    Anar İsgəndərov, 
    Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor. 
    PAYLAŞ:

    Oxşar xəbərlər