"Narkomaniya ilə barışma!.." layihəsinin sonuncu təlimi Lerikdə keçirildi - FOTOLAR

"Narkomaniya ilə barışma!.." layihəsinin sonuncu təlimi Lerikdə keçirildi - FOTOLAR
  • Sosial

  • 26 Noyabr 2021-ci ildə Lerik rayonunda, Heydər Əliyev Mərkəzində “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən “Narkomaniya ilə barışma! region gənclərinin zərərli vərdişlərlə mübariz sahəsində maarifləndirilməsi” layihəsinin sonuncu təlimi keçirilmişdir. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 oktyabr – 30  dekabr   2021-ci il tarixləri əhatə edir.


    Bu barədə Asiya.az-a məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Raci Səfərov qeyd etmişdir ki, layihənin məqsədi narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində regionlardakı gənclərin geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir. Təlim Lerik Rayon İcra Hakimiyyətinin texniki-təşkilatı dəstəyi ilə 20 nəfər gəncin iştirak etdiyi və sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilib.


    Təlim zamanı iştirakçılara narkomaniya və narkotik vasitələr nədir?, narkomaniyanın potensial qurbanları - risk qrupları, narkomaniyanının sosial fəsadları, narkomaniya ilə mübarizədə profilaktik tədbirlər, narkomaniya və qanunvericilik, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (2021-ci ilin 9 ayı) cari hesabatı mövzularında məlumatlar verilmişdir, video-roliklər nümayiş etdirilərək-iştirakçlarla birgə müzakirələr aparılmışdır. Təlimin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilmişdir. 


    Tədbir sosial ekspert Afiq Məlikov tərəfindən idarə olunmuşdur. Layihə çərçivəsində 2021-ci ilin noyabr ayı ərzində Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara və Lerik rayonlarında altı təlim keçirilmişdir, 120 nəfərdən yuxarı gənc maarifləndirlmişdir, sertifikatlar təqdim edilmişdir.





     

    PAYLAŞ:

    Oxşar xəbərlər