Asiya.az xarici mətbuata istinadən xəbər verir ki, məhdudiyyətlər 10 il əvvəl vəfat edən lider Kim Çen İrin anım günü ilə bağlıdır.
Bu müddət ərzində ölkə sakinlərinə ictimai yerlərdə yaxşı əhval-ruhiyyə nümayiş etdirməsi də qadağan olunub. Bundan əlavə, 17 dekabr – anım günündə vətəndaşların mağazaya getməsinə də icazə verilmir.
Bildirilib ki, yas dövründə insanların kədərli görünməsinə xüsusi polis dəstələri nəzarət edəcək.
Qeyd edək ki, Kim Çen İr 2011-ci il dekabrın 17-də 69 yaşında ürəktutmasından vəfat edib. Şimali Koreyanın hazırkı lideri isə onun oğlu Kim Çen Indır.