Lələyev polisi aldatmaq istədi amma... - FOTO

Lələyev polisi aldatmaq istədi amma... - FOTO
  • Olay

  • Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polisə yalan məlumat verən şəxs müəyyən edilib.

     

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Lənkəran rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, Ə.Lələyevin həmin pulu saxlaması üçün qohumuna verdiyi məlum olub.

     

    Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər