AZAL Almatıya reyslərini ləğv edir

AZAL Almatıya reyslərini ləğv edir
  • Sosial

  • "Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edir.

    Asiya.az
    AZAL-a istinadən xəbər verir ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

    Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.

    Bakı-Almatı reysləri hər həftənin cümə günləri, Almatı-Bakı reysləri isə hər həftənin şənbə günləri həyata keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər