Kasıbları təhqir edən “Gallendvagen” sürücüsü saxlanıldı - VİDEO

Kasıbları təhqir edən “Gallendvagen” sürücüsü saxlanıldı - VİDEO
  • Manşet / Olay

  • Bakıda aztəminatlı ailələri təhqir edən sürücü saxlanılıb.

    Asiya TV Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.

    Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilb və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.

    Samid Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. 

    O, əməlindən peşiman olduğunu deyərək üzrxahlıq edib.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər