İrina Zaretska Fransada gümüş medal qazandı

İrina Zaretska Fransada gümüş medal qazandı
  • İdman

  • Azərbaycanın qadın karateçisi İrina Zaretska "Paris Open 2022” turnirində final görüşünə çıxıb.

    68 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda fransalı Alizye Ajye ilə qarşılaşıb.

    Rəqibinə 2:4 hesabı ilə uduzan ikiqat dünya və Avropa çempionu gümüş medalla kifayətlənib.

    Qeyd edək ki, İrina Zaretska İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021” layihəsində jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ilin idmançısı seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər