Azərbaycanda DƏHŞƏT – Gözətçi 4 uşaq anasını məktəbdə öldürdü

Azərbaycanda DƏHŞƏT – Gözətçi 4 uşaq anasını məktəbdə öldürdü
  • Hadisə

  • İsmayıllı rayonunda məktəbdə gözətçi texniki işçini qətlə yetirib.

    Asiya.az xəbər verir ki, hadisə rayonun Basqal kənd tam orta məktəbində qeydə alınıb.
    Belə ki, məktəbin gözətçisi olan kənd sakini Bəxtiyar Əhmədli məktəbin texniki işçisi Gülarə Qəhrəmanovanı aralarında baş verən mübahisə zəminində bıçaqlayaraq öldürüb.
    Qeyd edək ki, G.Qəhrəmanova isə dörd uşaq anasıdır.
    Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məclləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər