DİN-dən xəbərdarlıq: Sabahdan bu obyektlərə giriş qadağandır

DİN-dən xəbərdarlıq: Sabahdan bu obyektlərə giriş qadağandır
  • Siyasət / Manşet

  • Daxili İşlər Nazirliyi (DİN) COVID-19 sertifikatı olmayan vətəndaşlara xəbərdarlıq edib.

    Asiya.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev “Report”a açıqlamasında bildirib ki, COVID-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə polis əməkdaşları tərəfindən bundan sonra da gücləndirilmiş nəzarət profilaktiki tədbirlər həyata keçiriləcək.

    “Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən etibarən immunitet və ya əks göstəriş sertifikatı olmayan vətəndaşın sonuncu COVID-19 virusuna qarşı qəbul etdikləri peyvənddən 6 aydan artıq müddət keçibsə, onların xidmət sahələrindən idman sağlamlıq mərkəzlərinə, iri ticarət obyektlərinə, kafe, restoran, çay evləri və digər iaşə obyektlərinə girişi qadağan olunacaq”, – o vurğulayıb.

    Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən sonra buster doza vurdurmayan şəxslər ictiami iaşə müəssisələrinə, qapalı məkanlara, idman zallarına, şənlik mərasimlərinə buraxılmayacaqlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər