“Baron Şəmi” və oğlunu öldürən qohumlarına HÖKM oxundu – ÖMÜRLÜK

“Baron Şəmi” və oğlunu öldürən qohumlarına HÖKM oxundu – ÖMÜRLÜK
  • Manşet / Hadisə

  • 2020-ci ildə Yardımlıda Masallı rayon sakinləri, "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun güllələnərək qətlə yetirilməsində təqsirləndirilən Kənan Nuroğlu və atası Nürəddin Kərimova hökm oxunub.

     

    Asiya.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Nuroğlu ömürlük, N.Kərimov isə 17 il müddətə azadlıqdan məhrum edilib.

    İttihama görə, Nürəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildiriblər.

    Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı çıxardıb hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

    Bu qətlin istintaqına rəhbərlik edən prokuror Vahid Məmmədli pozuntulara görə baş prokuror Kamran Əliyevin 22 oktyabr 2021-ci il tarixli əmri ilə vəzifədən azad edilib.

    Mərhum Ş.Kərimovun qardaşı Niyaməddin Kərimov müraciətində hökmün ədalətli olduğunu bildirib: “Mənim və vəkilim Cavid Rzazadənin şikayət məzmunlu müraciətlərindən sonra Baş Prokurorluq məsələni nəzarətə götürdü. Vahid Məmmədlinin qanunsuz əməlləri barədə müraciətimizə də baxıldı və o, vəzifəsindən azad edildi. Bunlara görə Baş Prokurorluğun rəhbərliyinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, ədalətli hökm çıxardığı üçün hakimlər Müşfiq Məmmədov, Cəlil Nəbiyev və İlkin Abdullayevə minnətdarıq”.

    Qeyd edək ki, qətlə yetirilən Şəmsəddin Kərimovun Masallı şəhərində “Ovçular” adlı mağazası var. O, “Baron Şəmi” ləqəbi ilə tanınıb, müxtəlif cinayət əməllərinə görə 7 dəfə həbs həyatı yaşayıb. 

    PAYLAŞ:

    Oxşar xəbərlər