Bu ölkədə durnaları öldürənlər ömürlük həbs olunacaq

Bu ölkədə durnaları öldürənlər ömürlük həbs olunacaq
  • Maraqlı

  • Uqanda Qırmızı Kitaba düşən nadir növ taclı durnaları öldürən brakonyerlərə qarşı ömürlük həbs cəzası tətbiq edəcək.

    Asiya.az
    xəbər verir ki, bu barədə “Monitor” nəşri məlumat yayıb.
    Ölkənin simvolu olan taclı durnanın sayı otuz ildə 35 mindən 8 minə qədər azalıb.
    “Onun gözəlliyi və zərifliyi Uqandanın milli gerbi kimi seçilməsinin səbəb oldu. Lakin durnanın yaşayış mühitinin dağıdılması və bir sıra amillər onu nəsli kəsilməkdə olan quşa çevirir. Bir durnanı öldürməyin cəzası ömürlük həbs və ya 20 milyard şillinq (175 milyon ABŞ dollar) cərimə ödəməkdir”, – Uqandanın Vəhşi Təbiət Naziri Corc Uoyesiqire bildirib.
     
    PAYLAŞ:

    Oxşar xəbərlər