Azərbaycanın Birinci Xanımı Mehriban Xanım Əliyeva

Azərbaycanın Birinci Xanımı Mehriban Xanım Əliyeva
  • Siyasət

  • Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu gün öz siyasi fəaliyyəti ilə, mövqeyi, məramı və məqsədi ilə gördüyü işər ölkənin ictimai siyasi həyatında, mədəniyyət, təhsil sahəsində mühüm rol oynayır. Azərbaycanın Beynəlxalq arenada nufuzunun artmasında əməyi olan Mehriban xanım öz əmək fəaliyyəti ilə xalqının maraqlarını hər şeydən üstün tutaraq ölkəmizin suverenliyi üçün mübarizə aparır. Mehriban xanım həm ana, həm bacı, həm bir qadın kimi ona sığınan, ondan kömək istəyən hər kəsə qucaq açır, yaralarına məlhəm olub, sarıyır. Qayğıkeş, səmimi, adı kimi mehriban olan Mehriban xanım bu gün öz fəaliyyəti ilə hər zaman mədəniyyətinə, tarixinə, milli-mənəvi dəyərlərinə sadiq olmuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir. Və bugün bir qadın olaraq böyük fəxarətlə, böyük qürur hissi ilə Mehriban xanıma əməli fəaliyyətində uğurlar arzulayırıq.

    Leyla Baxışova – Masallı Dövlət Regional Kollecinin müəllimi.
    PAYLAŞ:

    Oxşar xəbərlər