COVID-19 pandemiyası hələ də ən təhlükəli qlobal təhdidlərdən biridir

COVID-19 pandemiyası hələ də ən təhlükəli qlobal təhdidlərdən biridir
  • Sosial

  • [spoiler][/spoiler]Bu gün bütün dünyanı bürümüş bir çox iqtisadi və siyasi sarsıntıların fonunda COVID-19 pandemiyası hələ də ən təhlükəli qlobal təhdidlərdən biri kimi öz aktuallığını saxlayır. Bəşəriyyət hələ də bu bəladan qurtulmağın yollarını axtarır. Əlbəttə, iki il bundan əvvəlki dövrlə müqayisədə müəyyən irəliləyişlərə nail olunub. Xüsusilə ayrı-ayrılıqda götürülmüş bəzi ölkələrdə pandemiyanın dağıdıcı təsirini minimum səviyyəyə endirmək mümkün olub. O cümlədən Azərbaycan COVID-19-la mübarizədə istər ölkə daxilində əldə edilmiş nəticələr, istərsə də iqtisadi cəhətdən daha zəif olan digər ölkələrə yardım göstərilməsi baxımından yüksək göstəricilərə malikdir. Fevralın 25-də BMT Baş Assambleyası sədrinin təşkil etdiyi “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksək səviyyəli tematik müzakirələr xüsusi əhəmiyyət kəsb edən ali toplantı kimi dəyərləndirilmişdir. Məlum olduğu kimi, bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev həm milli kontekstdən, həm də Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlər adından videoformatda çıxış edib. Prezident İlham Əliyev çıxışında BMT-nin pandemiya ilə mübarizədə oynadığı rolu yüksək qiymətləndirərək, adıçəkilən qurumun qlobal miqyasda yayılan dəhşətli xəstəliyin ötən müddətdə nəzarətdə saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə bu istiqamətdə dəstək verilməsi üzrə səylərin əlaqələndirilməsində səmərəli fəaliyyətini vurğulayıb. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının sözügedən istiqamətdə həyata keçirdiyi tədbirlərin önəmini də xatırladıb.

    Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatı ötən dövr qarşılıqlı əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür. Dövlətimizin başçısı nitqində “2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürüldüyünü deyib.. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-ə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir.  Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardımı edib və təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycan yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə yardımı göstərib.                                                                                    
    Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir. Cənab Prezident İlham Əliyev  Fürsətdən istifadə edərək, həmin təşəbbüsləri dəstəkləmiş bütün üzv dövlətlərə minnətdar olduğunu bildirmişdir.

    Fərid Əliyev – Masallı rayon Mahmudavar kənd sakini.
    PAYLAŞ:

    Oxşar xəbərlər