Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTOLAR

Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTOLAR
  • Sosial

  • Masallı şəhər Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.

    Asiya.az 
    xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

    Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bayram münasibətilə qadınları təbrik edərək onların cəmiyyətdəki rolundan söhbət açıb.
       
    Rayon rəhbəri çıxışında dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrildiyini xüsusilə qeyd etmişdir.

    Tədbirdə məruzə ilə çıxış edən Masallı RİHB-nin müavini Aybəniz Qafarova qeyd etmişdir ki, Azərbaycan qadını illər boyu formalaşmış əxlaqi sərvətlərimizin, mədəni-mənəvi dəyərlərimizin layiqincə qorunub saxlanmasınıda tariximizə öz uzaqgörənliyi, fədakarlıq və qəhrəmanlıqları ilə parlaq səhifələr yazmış xanımlardır. Gözəl ana kimi gənclərimizin vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmasında qadınlaımızın böyük zəhməti olmuşdur.

    “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova çıxış edərək Azərbaycan qadınlarının ölkəmizin həyatındakı çoxşaxəli rolundan, onların cəmiyyətdəki xidmətlərindən danışıb.
         
    Sonra Masallı RİHB-nın Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumra Cəfərova, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, MRX PHŞ-də baş tibb bacısı Leyla Məmmədova, Masallı Tarix Diyarşünaslıq muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, Masallı Dövlət Regional Kollecinin tələbəsi, könüllü Səbinə İbrahimli və başqaları çıxış ediblər. Bayram münasibətilə xoş arzularını bildirən qadınlar Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışıblar. Onlar qadınlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və icra başçısına dərin minnətdarlıqlarını bildiriblər.

    Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup qadına Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.




    PAYLAŞ:

    Oxşar xəbərlər