Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək
  • Sosial

  • Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndəriləcək.

    Asiya.az
    "Report"a istinadən xəbər verir ki, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə "Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.

    Təyyarə saat 09.00-da havaya qalxacaq.

    Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.
     
    PAYLAŞ:

    Oxşar xəbərlər