Masallı gənclərindən nümunəvi addım - FOTO

Masallı gənclərindən nümunəvi addım - FOTO
  • Sosial / Manşet

  • Masallı rayon Güllütəpə kənd sakini 1998-ci il təvəllüdlü Təhməzov Şəhriyar Sərvər oğlu Saatlı rayon sakini 2003-cü il təvəllüdlü Təhməzova Gülnarə İmran qızı ilə toy gününə Masallı şəhərində ucaldılmış “Qəhrəmanlar Parkı - Şəhidlər Abidə Kompleksi”ni ziyarət etməklə başlayıblar. 

    Asiya.az xəbər verir ki, Vətən müharibəsində böyük sücayət göstərərək Şəhidlik zirvəsinə yüksələn Şəmsəddin Təhməzovun qardaşı Şəhriyarın toy mərasimində iştirak edən şəhid ailələri, ziyalılar, xeyriyyəçilər, kənd sakinləri bəy və gəlinlə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik məqamına yüksələn Qəhrəman oğullarımızı ziyarət edib, abidə önünə tər gül dəstələri düzüblər. 

    PAYLAŞ:

    Oxşar xəbərlər