Masallı şəhərində Qəhrəmanlar Parkı yenidən qurulub - FOTO

Masallı şəhərində Qəhrəmanlar Parkı yenidən qurulub - FOTO
  • Sosial

  • 10 may 2021-ci il tarixdə Masallı şəhərində Vətən uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən Qəhrəmanlar Parkı yenidən qurulub istifadəyə verilib.

    Asiya.az
    xəbər verir ki, tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Anar İsgəndərov Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, ağsaqqallar və gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz işğalçı ermənilər üzərində tarixi Qələbə qazandı. Böyük Qələbə ilə nəticələnən 30 illik həsrətimizə son qoyuldu. Fərəhli anlar yaşayırıq. Allah Azərbaycanı daha da qüdrətli eləsin. Allah Azərbaycanımızı, Ali Baş Komandanımızı qorusun. Şəhidlər bizim qürurumuzu qaytardılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. «Yenidən qurulub istifadəyə verilən abidə-kompleksində, bu qara lövhədə Birinci və İkinci Qarabağ müharibəsində şücaət göstərən 246 masalılı şəhidin adları göstərilir. Düzdür, onlar həyatda az yaşadılar, ömürləri qısa oldu. Amma, nə qədər ki, müstəqil Azərbaycan var, onların adı xatırlanacaq, ürəklərdə əbədi yaşayacaq. Azərbaycan isə əbədi olacaqdır.»

    Qeyd olunub ki, abidə kompleksi Milli Məclisin deputatı Məşhur Məmmədovun maliyyə dəstəyi ilə yenidən inşa olunub.

    Bildirib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız ordumuzun gücü, xalqımızın Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsi sayəsində azad edildi. Bu yolda şəhidlər verdik. Şəhidlərimizin qəhrəmanlığı sayəsində qələbə sevinci yaşadıq. İllərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq.

    Sonra Qəhrəmanlar Parkının açılışı olub.

    Ara məsafəsi gözlənilmək şərti ilə keçirilən tədbir iştirakçıları adları qara mərmər lövhəsinə kəkk olunan abidənin önünə gül dəstələri düzərək, şəhidlərin ruhlarına dualar oxuyub, əziz xatirələrini ehtiramla yad etdiblər.
    Masallı şəhərində Qəhrəmanlar Parkı yenidən qurulub - FOTO
    Masallı şəhərində Qəhrəmanlar Parkı yenidən qurulub - FOTO
    Masallı şəhərində Qəhrəmanlar Parkı yenidən qurulub - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər