Kovidlə vərəm arasında oxşar məqamlar var - TƏBİB rəsmisi

Kovidlə vərəm arasında oxşar məqamlar var - TƏBİB rəsmisi
  • Maraqlı

  • "Vərəmlə mübarizədə vaxtında aşkarlanma çox vacibdir".

    Bunu "TƏBİB məsləhəti" proqramında TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin məsləhətçisi Nehmət Rəhmanov deyib.

    Onun sözlərinə görə, ölkəmizdə vərəmlə mübarizə həm mərkəzi səviyyədə təşkil edilir, həm də regional səviyyədə vərəm əleyhinə dispanser və xəstəxanalar mövcuddur:

    "Xüsusən aşkarlanma ilə ilkin səhiyyə müəssisələri məşğul olur. Hər il vərəmlə mübarizə haqda ÜST-ün hesabatı dərc olunur. 2020-ci ildəki vərəmlə bağlı dərc olunan hesabatda 10 milyon insanın vərəmə yoluxduğu qeyd olunub. Bunlardan 1.5 milyon insan vəfat edib. Bu o, deməkdir ki, hər dəqiqə vərəm xəstəliyindən 2 nəfər vəfat edib. Bu gün vərəmin kəskinləşməsinin əsas faktoru vərəmin dərmanlara qarşı dözümlü olmasıdır".

    Onun sözlərinə görə, COVID və vərəm arasında oxşarlıqlar var: "Hər iki xəstəliyin bioloji argenti ilk növbədə ağ ciyərə hücum edir. Simptomları da oxşardır. Xəstəliyin gedişində də müəyyən oxşarlıqlar var. Lakin fərqli cəhətləri də mövcuddur. Xəstəlik müddətləri də fərqlənir. Vərəm xəstəliyinin COVID-19-a yoluxma riskini artırması barədə hələ elmi sübutlar yoxdur. Lakin yoluxduqdan sonra ağır simptomlarla qarşılaşma riski yüksəkdir".

    N.Rəhmanov bildirib ki, vərəmli xəstə əgər COVID-ə yoluxubsa, vərəm əleyhinə müalicəni də davam etdirməlidir: "Xəstə vərəmdən sağalıbsa belə, hətta kimyəvi profilaktika qəbul edirsə, COVID dövründə də bu müalicəni davam etdirməlidir".
    PAYLAŞ:

    Oxşar xəbərlər