Maradonanın məşhur oyunda geyindiyi forma hərraca çıxarıldı

Maradonanın məşhur oyunda geyindiyi forma hərraca çıxarıldı
  • İdman

  • Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın forması hərraca çıxarılıb.

    "Sotheby's" hərrac evi geyim dəstinə 5,2 milyon ABŞ dollar başlanğıc qiyməti qoyub.

    Mərhum oyunçu həmin formanı 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında İngiltərə yığmasının qapısına əllə qol vurduğu 1/4 final matçında (2:1) geyinib. Sözügedən forma son 35 ildə İngiltərə millisinin keçmiş üzvü Stiv Hocda olub. O, formanı Argentina yığması ilə matçdan sonra Maradona ilə dəyişib.

    Onlayn hərrac aprelin 20-də başlayacaq və mayın 4-dək davam edəcək.

    Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib.//Report
    PAYLAŞ:

    Oxşar xəbərlər