Prezidentin Brüssel səfəri

Prezidentin Brüssel səfəri
  • Siyasət

  • Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.

    Avropa İttifaqı Şurasının sədri Azərbaycan prezidentini qarşılayıb.

    Keçirilən təkbətək görüşdə İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirib və 2021-ci ilin dekabrında olan üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulayıb.

    Azərbaycan prezidenti Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə keçirilən üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvar olduğunu ifadə edib.

    Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətinə toxunub, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirib.

    Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edilib və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.

    Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparılıb.
    Ulu öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə həlledici söz sahibi olan müstəqil dövlətə çevirdi. O vaxtdan başlayaraq regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz.

    Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Son beş ildə xarici siyasətdəki uğurlar müstəqil dövlətimizin mövqelərini xeyli möhkəmləndirib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə əldə edilmiş diplomatik uğurlar nəticəsində ölkəmizlə əməkdaşlıq edən demokratik dövlətlərin sayı xeyli çoxalıb. Gəlin, faktlara diqqət yetirək. Bu gün Azərbaycanın 160 ölkə ilə diplomatik əlaqələri vardır. Ölkəmizdə 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın isə 56 diplomatik nümayəndəliyi, o cümlədən 47 səfirliyi fəaliyyət göstərir. Bu qədər səfirliyin 30-u 2004-2008-ci illərdə — cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə açılmışdır. Dövlət başçımızın təşəbbüsü və tapşırığı ilə Azərbaycan Diplomatiya Akademiyası yaradılmış və fəaliyyətə başlamışdır. Bu da müstəqil dövlətimizin xarici siyasətinin uğurla reallaşdırılmasında böyük əhəmiyyət kəsb edir.
    Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir. Məhz bunun nəticəsidir ki, 2008-ci il mayın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı mühüm bir qətnamə qəbul edildi. Bu fakt bir daha təsdiqlədi ki, dünya birliyi Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdardır. Onu da qeyd edək ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada Azərbaycanın ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi xüsusi qeyd olunmalıdır.
    Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yaradılmasına qarşı mübarizədə fəallıq göstərməsidir. Bu sahədə ölkəmiz çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa cəlb olunub. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar bütün beynəlxalq sənədlərə qoşulan Azərbaycan bu sahəyə dair mütəmadi olaraq məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr hazırlayır. Bizim sülhməramlılar Kosovo, İraq və Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən olan əsgər və zabitlərlə çiyin-çiyinə xidmət göstərmişlər. Dünyanın inkişaf etmiş dövlətlərinin başçıları, həmçinin nüfuzlu beynəlxalq qurumların nümayəndələri Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədəki fəaliyyətini yüksək qiymətləndirirlər. Siyasi ekspertlər bunu dövlət başçımızın uğurlu xarici siyasətinin prioritetlərindən biri kimi dəyərləndirirlər. Transmilli cinayətkarlıq və insan alverinə qarşı mübarizə region ölkələri ilə, eləcə də BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gündəliyində duran əsas məsələdir.

    Azərbaycanın uğurlu xarici siyasəti sayəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsindən söhbət düşəndə Heydər Əliyev Fondu və şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz Heydər Əliyev Fondunun dəstəyi sayəsində Azərbaycan sivilizasiyalar arasındakı dialoqda fəal iştirak edir və bu məsələyə töhfə verən ilk ölkələr sırasında olmuşdur. Qeyd etdiyimiz kimi, ölkəmizin bu istiqamətdə fəaliyyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilir. Beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair üç möhtəşəm beynəlxalq tədbirin keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun artmasına böyük təsir göstərmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq musiqi festivalında pianoçuların müsabiqəsinin keçirilməsi xalqımızın necə yüksək mədəniyyətə sahib olduğunu dünya miqyasında əyani şəkildə nümayiş etdirmişdir.

    Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq.

    Ülvi Rufullayev – Masallı rayon Binə Xocavar kənd sakini.
    PAYLAŞ:

    Oxşar xəbərlər