Erməni həmkarı Ceyhun Bayramovla telefon söhbətindən danışdı

Erməni həmkarı Ceyhun Bayramovla telefon söhbətindən danışdı
  • Siyasət

  • Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla telefon danışığını şərh edib.

    Asiya.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə A.Mirzoyan Ermənistan parlamentində çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

    "Ötən il ərzində müzakirə edilən məsələləri, həmçinin iki ölkə liderlərinin Brüssel görüşündə qeydə alınmış məqamları müzakirə etdik. Xüsusilə, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə işçi qrupunun yaradılması mexanizmlərini müzakirə etdik”, - deyə A.Mirzoyan qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər