"Koronavirus siyasi xəstəlikdir, onu yayırlar" - Deputat xəbərdarlıq etdi

"Koronavirus siyasi xəstəlikdir, onu yayırlar" - Deputat xəbərdarlıq etdi
  • Siyasət

  • "Yaz gəlib, hava açılıb, adamlar nəfəs almaq istəyir, qapalı məkanda da maska tələbini götürmək olar”.

    Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. O, qeyd edib ki, qapalı məkanlarda maska tələbini aradan qaldırmaq olar:

    "Maska tələbini açıq havada götürüblər, qapalı məkanlar qalıb, oradan da götürmək olar. Amma heç kim qarantiya verməz ki, yoluxma yenidən artmayacaq. Çünki bu xəstəlik siyasi xəstəlikdir, bunu yayırlar. İndi Şanxay şəhərini bağlayıblar, hətta küçəyə çıxmağı da qadağan ediblər. Bu işdə maraqlı ölkələr var. Bu mənada adam bir az deməyə çəkinir ki, tamamilə ləğv edin. Amma mənə elə gəlir ki, Azərbaycanda vəziyyət normaldır. Ləğv etmək olar”.

    PAYLAŞ:

    Oxşar xəbərlər