Jurnalistlər üçün cənub bölgəsinə mediatur təşkil ediləcək

Jurnalistlər üçün cənub bölgəsinə mediatur təşkil ediləcək
  • Sosial / Manşet

  • “Konstitusiya” Araşdırmalar Fondu jurnalistləri Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara rayonları) mediatura dəvət edir.

    Asiya.az xəbər verir ki, bu barədə fondun prezidenti Əliməmməd Nuriyev feyzbuk hesabında paylaşım edib. Jurnalistlər tur çərçivəsində sözügedən rayonlarda 8 yerli turzim məkanına səfər edəcəklər.

    Jurnalistlər 22 apreldə Bakıdan yola düşəcəklər, 23 apreldə Lənkəran şəhərində mehmanxanada qalacaqlar, 24 apreldə Bakıya qayıtmaq planlaşdırılır. Bütün xərclər layihə vəsaiti hesabına ödənilir. Mediaturda iştirak üçün 20 jurnalistin seçilməsi nəzərdə tutulub. Səfərdə iştirak edən jurnalistlərin yerli turzim məkanları barədə məqalə, reportaj, yaxud audio-vizual material hazırlaması və yayımlaması nəzərdə tutulub.

    Maraq göstərən jurnalistlərin 21 aprel saat 18.00-dək [email protected] e-mail-nə müraciət etmələri xahiş olunur. Müraciətdə işlədiyiniz, yaxud əməkdaşlıq etdiyiniz KİV-in adını qeyd etməyiniz rica edilir.

    Əlavə məlumat üçün əlaqə nömrəsi (99412) 492 57 26; 0552136700 - Şahin Nəsrullayev

    Qeyd edək ki, mediatur Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu Avropa İttifaqnın maliyyə dəstəyi ilə icra etdiyi “AgriVision” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı təkrarlana bilən aqrar turizm / ekoturizmin inkişaf mexanizmini yaratmaq və sınaqdan keçirməkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər