Sahil Babayev baxsın, ürəyi zəif olanlar yox - Qazimizin ürəkparçalayan VİDEOSU

Sahil Babayev baxsın, ürəyi zəif olanlar yox - Qazimizin ürəkparçalayan VİDEOSU
  • Sosial / Manşet

  • Vətən müharibəsinin qazisinin ürəkparçalayan görüntüləri yayılıb. 

    Asiya TV
    xəbər verir ki, ümumilikdə bədənində 207 qəlpə var, ən ağır qəlpə ağ ciyərindədir. Ürəyi zəif olanların baxması məsləhət görülməyən kadrlarda qəhrəman qazimizin necə ağrılar çəkdiyi eşidilir. Qeyd olunur ki, ağrılar dözülməzdir və müalicəsi üçün heç bir kömək yoxdur. Vətəndaşlar YAŞAT Fonduna, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət ediblər. Həqiqətən də ağır vəziyyətdə olan qazilərin diqqətdən kənarda qalması qəbulolunmaz haldır. S.Babayev və komandası gecə-gündüz islahatlardan danışırlar, yaxşı olar ki, nazirlikdə olan ictimai əlaqələr şöbəsi, sosial şəbəkə istifadəçiləri bu kadrları görüb nazirə məruzə etsinlər. Onların kabinetində təhlükəsiz yaşaması üçün bizim qazilərimiz sağlamlığını itirib, indi ağrılar içində əzablar çəkirlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər