Təcrübəli forvard buna səfərdə səfərdə "Lans"la 1:1 hesablı heç-heçə etdikləri XXXIV tur matçından sonra nail olub. Bu, həmçinin Messinin İspaniya "Barselona"sından fərqli komandada qazandığı ilk çempionluq tituludur.
Ulduz futbolçu daha əvvəl 2004/2005, 2005/2006, 2008/2009, 2009/2010, 2010/2011, 2012/2013, 2014/2015, 2015/2016, 2017/2018, 2018/2019 mövsümlərində "Barselona" ilə La Liqanın qalibi olub.