Qənirə Paşayeva Masallıda keçirilən V “ART Zone” rəngkarlıq simpoziumunun açılışında iştirak edib - FOTOLAR

Qənirə Paşayeva Masallıda keçirilən V “ART Zone” rəngkarlıq simpoziumunun açılışında iştirak edib - FOTOLAR
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “NƏFƏS” İB, “Masallı Təhsil Fondu”, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin təşkilatçılığı ilə Masallı şəhərində keçirilən V “ART Zone” rəngkarlıq simpoziumunun açılış mərasimində çıxış edib.

    O, “ART Zone” simpoziumunun artıq 5-ci dəfə düzənlənməsini, bu simpoziuma təlabatın, simpoziumun ideya müəllifi və rəhbəri, tanınmış jurnalist Şakir Eminbəyliyə, iştirakçı rəssamlara etibarın ifadəsi kimi xarakterizə edib:

    “Simpozium respublikamızın gənc və orta nəsil rəssamlarının ölkəmizin bölgələrini biləvasitə görüb, tanıması, etnoqrafik gözəlliklərə vaqif olması və onu öz yeni əsərlərində canlandırmasına xidmət edir. Bu, həm də, istedadlı gənc rəssamlarımız üçün təcrübə mübadiləsi imkanı yaradır. 1 həftə müddətində davam edəcək simpoziumda rəssamlarımızın yaradacağı əsərlərin, öncəki simpoziumlarda digər bölgələrimizdə yaradılmış əsərlər kimi qalareyaları, muzeyləri, mədəniyyət, təhsil, elm  ocaqlarımızı və evləri bəzəyəcəyinə, xarici turistlərin diqqətini cəlb edəcəyinə inanıram. Yəni Masallının gözəllikləri yeni nəsil və gənc rəssamlarımızın yeni əsərləri ilə tanınacaq, seviləcək, bilinəcək.    

    20-dən artıq rəssamın qatıldığı simpoziumda onlarla rəsm əsəri çəkilərək nümayiş olunacaq. Rəssamlarımızın əsərləri ilə tanış olan sənətsevərlərin zövq alacağına, ümumən simpoziumun uğurla sonuclanacağına əminəm. Bu əminliyi bizə ötən simpoziumların təcrübəsi, rəssamlarımızın istedadı verir. Rəssamlarımıza böyük uğurlar arzulayır, simpoziumun təşkilində əməyi keçən hər kəsə təşəkkürlərimi yetirirəm”!





    PAYLAŞ:

    Oxşar xəbərlər