Qənirə Paşayeva bir qrup yeni nəsil aydını və gənc fəallarla görüşüb - FOTOLAR

Qənirə Paşayeva bir qrup yeni nəsil aydını və gənc fəallarla görüşüb - FOTOLAR
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq artisti Əlixan Səmədov, "Ozan dünyası" jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, "BengüTV"nin "Azərbaycan Rüzgarı" proqramının aparcısı Səidə Ömər, "Ekmən Hüquq və Danışmanlıq" şirkətinin qurucu-başçısı Səidə Ekmən, "Dünya Bankı"nın tərcüməçisi Aida Özbək, şairlər - Akif Əhmədgil, Şəhriyar del Gerani, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, kliniki psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, "Loqos"un əməkdaşı Tural İsaqov, ictimai fəal gənclər - Səbinə İsmayılova, Tural Qəlbinur, Allahverən Pərvizoğlu ilə Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az xəbər verir ki, ziyalılarla Azərbaycan həqiqətlərinin təbliği, Qarabağda işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçid, Şuşanın Mədəniyyət Paytaxtı elan olunması, Nizami İli və b. vacib istiqamətlərdə fikir mübadiləsi aparılıb.

    Q.Paşayeva ziyalılara və gənc fəallara Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

    Ziyalılar, gənc fəallar səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.
    Qənirə Paşayeva bir qrup yeni nəsil aydını və gənc fəallarla görüşüb - FOTOLAR
    Qənirə Paşayeva bir qrup yeni nəsil aydını və gənc fəallarla görüşüb - FOTOLAR
    Qənirə Paşayeva bir qrup yeni nəsil aydını və gənc fəallarla görüşüb - FOTOLAR
    Qənirə Paşayeva bir qrup yeni nəsil aydını və gənc fəallarla görüşüb - FOTOLAR
    Qənirə Paşayeva bir qrup yeni nəsil aydını və gənc fəallarla görüşüb - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər