Vilayət Eyvazov Şirvanda 10 rayondan vətəndaş qəbulu keçirəcək

Vilayət Eyvazov Şirvanda 10 rayondan vətəndaş qəbulu keçirəcək
  • Siyasət

  • Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 21-də Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

    Qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 20.06.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

    Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər