Milli Qurtuluş Günü Masallıda böyük təntənə ilə qeyd edildi - FOTOLAR

Milli Qurtuluş Günü Masallıda böyük təntənə ilə qeyd edildi - FOTOLAR
  • Sosial

  • Masallı rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

    Asiya.az
    xəbər verir ki, səhər saatlarından başlayaraq Heyər Əliyev Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi böyük ehtiramla yad edilib, önünə çiçək dəstələri düzülüb.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla yad ediblər.

    Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən tarixi fotoşəkillərə, sənədlərə baxış keçirilib.

    Tədbir axşam saatlarında Masallı şəhər Heydər Əliyev Parkında davam etdirilib.

    Belə ki, Parkda Milli Qurtuluş Günü münasibəti ilə böyük konsert proqramı təqdim edilib.

    Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konsertdə xalqımızın hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi böyük təmtəraqla qeyd etdiyi bildirilib.

    Konsert başlamazdan əvvəl çıxış edən Masallı RİH başçısı Şahin Məmmədov rayon sakinlərini Milli Qurtuluş Günü bayramı münasibətilə təbrik edərək, geniş nitqində 1993-cü ilin may-iyun aylarında hakimiyyət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir dövrdə Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdığını və 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazıldığını qeyd edib.

    Bayram tədbiri respublikanın tanınmış incəsənət ustaları - Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimi, Əməkdar artist Səidə Şərifəliyeva, Masallı Rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahidov, Şamo İbayev, Miriş Hüseynov, qazi Rəşad Cənublu və Naza Veysəlova, "Halay" folklor və "Masallı" rəqs kollektivlərinin iştirakı etdiyi rəngarəng, maraqlı konsert proqramı ilə davam edib.

    Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.
    Fotoların müəllifi Elsever Əliyevdir. 





















    PAYLAŞ:

    Oxşar xəbərlər