Bu barədə Təhsil İnstitutundan xəbər verilib.
Qeyd edək ki, sənəd qəbulu 17 avqusta qədər davam edəcək. Valideynlər şəxsi kabinetlərində sorğular bölməsinə daxil olaraq prosesin ardıcıllığını izləyə bilərlər. 4-17 avqust tarixlərində şagirdlərin ötən tədris ilində təhsil aldıqları məktəbdən şəxsi işləri təhvil alınaraq qəbul olduqları ümumtəhsil müəssisəsinə təqdim edilməlidir. Əks halda, imtahan nəticələri ləğv ediləcək və 2-ci mərhələdə iştirakına icazə verilməyəcək.
Boş qalan yerlərə 2-ci mərhələ vasitəsilə şagird qəbulunun 19 avqust tarixindən sonra həyata keçirilməsi planlaşdırılır.