Bu barədə Asiya.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, monitorinqlər zamanı 61 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.
Eyni zamanda 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.