"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşdü

"Qarabağ" "Frayburq"la oyun üçün Almaniyaya yola düşdü
  • İdman

  • "Qarabağ" "Frayburq"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu üçün Almaniyaya yollanıb.
     
    Komandanı aparan təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb. Zədəli Kevin Medina da kollektivlə birlikdə səfərə gedib.

    "Köhlən atlar" təxminən 5 saatlıq uçuşun ardından İsveçrənin Bazel şəhərinə çatacaq. Komanda oradan 60 km uzaqlıqda yerləşən Fraybuq im Breisgau şəhərinə gedəcək.

    Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər