Azərbaycanın qadın şahmatçısı dünya çempionatında qızıl medal aldı

Azərbaycanın qadın şahmatçısı dünya çempionatında qızıl medal aldı
  • Manşet / İdman

  • İtaliyada 20 yaşa qədər qadın şahmatçılar arasında keçirilən yarışın çempionu məlum olub.

    Asiya.az
    xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, X turda yarışan Azərbaycan təmsilçisi Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə oynayıb.

    Bu nəticədən sonra Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. O, bu qələbə ilə Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın idmançı kimi tarixə düşüb.

    Oğlanlar arasında Abdulla Qədimbəyli 10-cu turda macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib. Son tur ərəfəsində A.Qədimbəyli 7.5 xalla ikinci pillədə qərarlaşıb. Həmyerlimiz lider Adam Kozakdan (Macarıstan) yarım xal geri qalır. 11-ci turda Abdulla Qədimbəyli ağ fiqurlarla digər azərbaycanlı komanda yoldaşı Məhəmməd Muradlı ilə qarşılaşacaq.

    Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Reqlamentə görə xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.
    PAYLAŞ:

    Oxşar xəbərlər