Millət vəkili Anar İsgəndərov Masallıda səyyar görüş-qəbul keçirdi - FOTOLAR

Millət vəkili Anar İsgəndərov Masallıda səyyar görüş-qəbul keçirdi - FOTOLAR
  • Sosial / Manşet

  • Millət vəkili, professor Anar İsgəndərov Masallı rayonu Hişkədərə və Qızılavar kəndlərində seçiciləri ilə səyyar görüş-qəbul keçirib.

    Asiya.az
    xəbər verir ki, səyyar görüş-qəbulda kəndin idarə, müəssisə və təşkilat rəhbərləri, deputatın köməkçisi, şəhid ailələri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak ediblər.

    Hər iki görüş-qəbul ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Millət vəkili görüşdə qaldırılan sosial məsələlər istiqamətində müvafiq qurumlara qanunamüvafiq tapşırıqlar verib. Əksər problemlər yerindəcə həll edilib, digərləri qanunvericiliklə həll edildiyi üçün qaydalar izah edilib.




    PAYLAŞ:

    Oxşar xəbərlər