Asiya.az xəbər verir ki, informasiya portalı 2012-ci ildən fəaliyyətə başlayıb.
İlk gündən dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az, eləcə də xəbərlərində mütəmadi olaraq ölkənin tanınmış mətbu orqanlarına da istinad edir.
Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən Editor.az-ın bütün sosial şəbəkələrdə hesabları mövcuddur və onlar aktiv şəkildə fəaliyyət göstərir.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində portalın Editor TV internet televiziyası fəaliyyətə başlayıb. Müharibənin getdiyi o gərgin günlərdə Editor TV tərəfindən "Youtube” platformasında rus və erməni dillərində düşmənin təxribatçı siyasətini ifşa edən onlarla materiallar hazırlanıb. Hazırlanan materiallar Ermənistan mətbuatının belə gündəmini məşğul edə bilib.
Editor.az-ın Azərbaycanın bütün bölgələrində, eləcə də xarici ölkələrdə izləyici auditoriyası var.
Asiya.az olaraq Editor.az-da çalışan həmkarlarını təbrik edir və uğurlar arzulayır!