Masallıda Anım Gününə həsr olunan ağacəkmə aksiyası olub - FOTO

Masallıda Anım Gününə həsr olunan ağacəkmə aksiyası olub - FOTO
  • Sosial / Masallı

  • 27 sentyabr 2024-cü il tarixində Masallı şəhər Park Bulvar Kompleksində 27 Sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.

    Asiya.az xəbər verir ki, aksiyada Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri,  din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər. 

    Aksiya iştirakçıları Masallı şəhər Park Bulvar Kompleksinin ərazisində ümumilikdə 100 ədəd sərv ağacı əkmiş və suvarmışlar.

    Rayon rəhbəri ağacəkmə aksiyalarının mütəmadi keçirildiyini və bundan sonrada keçiriləcəyini qeyd edərək əkilən ağaclara qulluq edilməsindən ötrü müvafiq qurumlara tapşırıqlarını vermişdir.



    PAYLAŞ:

    Oxşar xəbərlər