Masallı rayonunda 27 sentyabr - Anım Günü qeyd olundu - FOTOLAR

Masallı rayonunda 27 sentyabr - Anım Günü qeyd olundu - FOTOLAR
  • Manşet / Cəmiyyət

  • 27 Sentyabr 2024-cü il tarixində Masallı şəhər Qəhrəmanlar Parkında yerləşən “Şəhidlər Abidə Kompleksi”ndə  27 Sentyabr - Anım Günü ilə əlaqədar “Zəfər qələbəsinin başladığı gün” mövzusunda tədbir keçirilib.

    Asiya.az xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər. 

    Ölkəmizin azadlığı və suverenliyi uğrunda sücaət göstərmiş Vətənin mərd oğullarının Qəhrəmanlar parkında yerləşən “Şəhidlər abidə kompleksi”ni ziyarət edərək xatirələrini böyük ehtiramla yad edib, önünə tər gül dəstələri düzdülər, ruhuna dualar oxudular.

    Anım mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vurğulayıb ki, Cənab Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. 2020-ci ildə  44 günlük Vətən müharibəsi Azərbaycanın öz  torpaqlarının böyük hissəsini geri almasına gətirib çıxardı.
    19-20 sentyabr 2023-cü il tarixli əməliyyatlar isə Azərbaycan ərazilərinin tamamən işğaldan azad edilməsi ilə nəticələndi. 
    Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə cənab Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il Sərəncamına əsasən hər ilin 20 sentyabrı Dövlət Suverenlik Günü kimi qeyd ediləcəkdir.

    Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. 
    Masallı rayonundan da Birinci Qarabağ müharibəsi zamanı Masallı rayonu üzrə 186 şəhid, 188 müharibə əlili və 620 müharibə iştirakçısı, Vətən müharibəsi zamanı 51 şəhid, 70 müharibə əlili və 1364 müharibə iştirakçısı olmuşdur. 19 sentyabr 2023-cü il tarixdə 23 saat davam edən antiterror əməliyyatları zamanı isə 8 şəhid, 12 yaralımız olmuşdur.

    Ölkəmizdə son 31 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da vətən yolunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. 
               
    Bu gün də Silahlı Qüvvələrimiz öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsi olaraq, Azərbaycan Ordusu bu gün döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir və Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və müşahidə etdiyimiz keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü işlərin nəticəsidir.
    Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
    Ona görə də 27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. 
    Tədbirdə həmçinin Vətən Müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova,  – “Qarabağ” və “ 3-cü dərəcəli Rəşadət” ordenli, Vətən Müharibəsi iştirakçısı Nazim Cəfərzadə, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov Azərbaycan xalqının bu tarixi uğurundan, şəhidlərimizin, qazilərimizin şücaətindən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına əldə olunan bu Qələbə ilə Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib olduğunu bütün dünyaya sübut edib.

    Saat 12:00-da rayon ərazisində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla  yad edilmiş və nəqliyyat vasitələri səs siqnalları vermişlər.









    PAYLAŞ:

    Oxşar xəbərlər