Asiya.az-ın məlumatına görə, Azərbaycanda məktəblərdə dərslər “Bilik Günü” hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagirdin təhsil alacağı gözlənilir.
Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə” müvafiq əmrə əsasən, yeni tədris ilində II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.