Kampaniyadan yararlanmaq üçün hədiyyə yollamaq istədiyiniz dostunuzun nömrəsini SMS-lə 760-a göndərmək və ya *760#nömrə#YES şifrəsini yığmaq kifayətdir. Hədiyyə olunmuş meqabaytların istifadə müddəti 5 gündür. Qeyd edək ki, abunəçi kampaniya müddətində yalnız bir dəfə hədiyyə göndərə bilər, lakin alına biləcək hədiyyələrin sayı məhdudlaşdırılmır. Kampaniya 12 dekabr saat 23:59-a qədər aktivdir.
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.