"AZERCELL"DƏN ABUNƏÇİLƏRƏ NÖVBƏTİ FIRILDAQ - BU DƏFƏ "PEPSİ" İLƏ...

"AZERCELL"DƏN ABUNƏÇİLƏRƏ NÖVBƏTİ FIRILDAQ - BU DƏFƏ "PEPSİ" İLƏ...
  • Sosial / Araşdırma

  • "Azercell" indi də "Pepsi" içkiləri alan abunəçilərini ələ salmağa, aldatmağa başlayıb.

     Asiya.az-
    ın verdiyi xəbərə görə, həmin içkini alan müştəri Yadigar Sadıqlı "Pepsi" qapağında olan 611-11 kodunu yazıb və 1 gb internet hədiyyə qazandığı məlumatı gəlib. Lakin məlum olub ki, fırıldaq imiş, nə internetdən istifadə edə bilib, nə də daxil olmaq mümkün olub. Üstəlik, deyilib ki, istifadə müddəti 24 saatdır. Orxan Rəhimov adlı istifadəçi də qeyd edib ki, votsapı açıb və mesajları görüb, dərhal həmin 1 gb sabun köpüyünə çevrilib. Aydın Novruzov isə deyib ki, mobil operatorlar çox acgözdürlər. Ümumiyyətlə, "Azercell" tez-tez abunəçilərini kampaniya adı ilə aldadır, cibinə girir, pulunu, konturunu, internet paketini müxtəlif yollarla mənimsəyir.

    PAYLAŞ:

    Oxşar xəbərlər