Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi - FOTO
  • Manşet / Hərb

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. 

    Asiya.az
    xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
    "Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat etmişdir.

    Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd qoşunlarının komandanı hadisə yerinə ezam olunub.
    Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

    Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir”.

    Asiya.az vəfat edən hərbçinin fotosunu təqdim edir:
     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər