Əsgərimiz ehti­yatsızlıq nəticəsində vəfat etdi

Əsgərimiz  ehti­yatsızlıq nəticəsində vəfat etdi
  • Olay / Asiya TV

  • Əsgərimiz həlak olub.

    Asiya.az
    xəbər verir ki, 29 iyul 2020-ci il tarixində saat 09:15 radələrində Dövlət Sərhəd Xid­mətinin Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat etmişdir.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər