Eldar illər sonra “Avroviziya”ya qayıdır

Eldar illər sonra “Avroviziya”ya qayıdır
  • Mədəniyyət

  • Müğənni Eldar Qasımov "Avroviziya” mahnı müsabiqəsinin musiqi prodüseri olub.

    Asiya.az
    -ın məlumatına görə, bu barədə sənətçi instaqram hesabından paylaşım edib.

    O, "İctimai” televiziyanın "Avroviziya-2023”də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq barədə təklifini qəbul etdiyini bildirib:
    "Həyatımı 180 dərəcə dəyişdirən, 2011-ci ildən bəri məni "Avroviziya”yla bağlayan çox şey oldu. Xüsusilə, xoş xatirələr və emosiyalar. İndi isə vaxt (və dəvət) qəldi. Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram. İTV-nin "Avroviziya-2023”də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim. Düzünü desəm, ağlımdan və könlümdən çox şey keçir, amma ən çox yenidən ürəyimi bu işə vermək istəyi...”

    Qeyd edək ki, Nigar və Eldar "Running Scared” mahnısı ilə ilk dəfə ölkəmizə birincilik gətirmişdi. 
    PAYLAŞ:

    Oxşar xəbərlər