Azərbaycanın “Avroviziya 2023”də iştirakı təsdiqləndi

Azərbaycanın “Avroviziya 2023”də iştirakı təsdiqləndi
  • Mədəniyyət

  • İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın "Avroviziya 2023”də iştirakını təsdiqləyib.

    İTV-nin Mərkəzi Aparat rəhbərinin müavini Ələsgər Vəliyev AZXEBER.COM-a bildirib ki, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan da təmsil olunacaq.

    Beləliklə, Azərbaycan qarşıdan gələn Avroviziya Mahnı Müsabiqəsində iştirakını indiyədək təsdiqləyən ölkələrin siyahısına qoşulur.

    Qeyd edək ki, sonuncu dəfə 2022-ci ildə Turində keçirilən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı gənc müğənni Nadir Rüstəmli "Fade to Black” mahnısı ilə təmsil edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər