Bakıda "Doğma Diyar Naxçıvan" adlı yaradıcılıq sərgisi keçirildi - FOTO

Bakıda "Doğma Diyar Naxçıvan" adlı yaradıcılıq sərgisi keçirildi - FOTO
  • Mədəniyyət

  • 22 Dekabr 2022-ci ildə Azərkitab Mərkəzində Ulu öndər Heydər Əliyevin qarşıdan gələn 100 illik yubileyinə həsr olunan naxçıvanlı istedadlı rəssam Tamerlan Məmmədovun "Doğma Diyar Naxçıvan" adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib.

    Asiya.az xəbər verir ki, sərginin layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı Aygün Əzizova olub. Rəssamın sərgidə 22 yağlı boya ilə kətan və qrafika əsərləri sərgilənirdi. Əsərlərdə Naxçıvan Muxtar Respublikasının və Bakı şəhərinin müxtəlif mənzərələri yer alırdı. Əvvəlcə preskonfrans keçirildi. Müəllif media nümayəndələrinin suallarına cavab verdi.

    Sonra Xalq rəssamı, professor Arif Hüseynov müəllif və əsərləri haqqında düşüncələrini bölüşdü. Tamerlan Məmmədovun anası Mətanət Məmmədova və bacısı Anaxanım Məmmədova Tamerlanın ailədə də olduqca qayğıkeş və məsuliyyətli olduğunu bildirdilər. Onunla fəxr etdiklərini və gələcək həyatında, işlərində uğurlar arzuladılar.
    Rəssam Tamerlan Məmmədov ilk fərdi yaradıcılıq sərgisinə görə diplomla təltif olundu.

    Sonda ənənəyə uyğun olaraq  tort kəsildi. Qonaqlar çay süfrəsinə dəvət olundular.
    Müxbir: Aygün Oqtay
    Fotoqraf: Mahir Əhmədov














    PAYLAŞ:

    Oxşar xəbərlər