Bakıda "Yolumuz, Zəngəzura" adlı yaradıcılıq sərgisi baş tutdu - FOTOLAR

Bakıda "Yolumuz, Zəngəzura" adlı yaradıcılıq sərgisi baş tutdu - FOTOLAR
  • Mədəniyyət

  • El Art Qalereyada Ulu öndər Heydər Əliyevin qarşıdan gələn 100 illik yubileyinə həsr olunan ARİ-nin üzvü, İsveçrədə sərgisi olmuş Qərbi Azərbaycanlı rəssam Elnara İsgəndərovanın "Yolumuz, Zəngəzura" adlı ilk fərdi yaradıcılıq sərgisi baş tutdu. 

    Asiya.az xəbər verir ki, sərginin layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı Aygün Əzizova idi. Sərgini giriş sözü ilə açan layihə rəhbəri Elnurə İsgəndərova çıxışında öncə torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı dilədi. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

    Sonra Elnurə xanım 24 Dekabr Qarabağ Zəfərini  Azərbaycana yaşadan Ali Baş Komandanımız İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi. 

    İlk fərdi yaradıcılıq sərgisi olan Elnara İsgəndərova Qərbi Azərbaycanın Spitak rayonunun Saral kəndinin mənzərələrini əsərlərində canlandırmışdı. Əsərlərin hər birində Elnara xanımın vətən həsrəti hiss olunurdu. 

    Sərgidə çıxış edənlər Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçiliyinin Mədəniyyət və Təhsil Ateşesi Tevfik Ulual, Asiya Söz Azadlığı Şəbəkəsi İB-nin sədri Nadir Azəri, Respublika Gimnaziyasının müəlliməsi Minə Məmmədova, rəssam, müəllim Fərəh Babayeva, rəssam Etibar Məmiyev, Şüvələn Mədəniyyət Evinin əməkdaşı  Güləndam İsgəndərova, rəssam, müəllim Tofiqə Əliyeva, rəssam Tamerlan Məmmədov, "xebertime.az"  sayının rəhbəri Yeganə Telmanqızı ,  Türkiyədən gələn rəssam həmkarımız Ahmet bəy, Mehriban Zeynalova, rəssam müəllimə Təranə Musayeva, Qarabağ müharibəsi zamanı tibb bacısı olan Rüxsarə Cumayeva və Nəzakət Baxışova, Elnara xanımın qızı Fatimə Rüstəmova çıxışlarında səbəbkara uğurlar arzuladılar.
    Müxbir: Aygün Oqtay
    Fotoqraf: Mahir Əhmədov














    PAYLAŞ:

    Oxşar xəbərlər