Masallıda şagird intihara cəhd etdi

Masallıda şagird intihara cəhd etdi
  • Masallı / Hadisə / Manşet

  • Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

    Lənkəran-Astara Regional Təhsil İdarəsindən Asiya.az-a verilən məlumata görə hadisə 16 yanvar 2023-cü il tarixdə, saat 13:00 radələrində baş verib.

    Hadisə baş verdikdən dərhal sonra “103” təcili tibbi yardım briqadasına məlumat verilib və intihara cəhd etmək istəyən Sona Məmmədzadə (azyaşlı olduğu üçün ad şərtidir) Masallı Rayon Mərkəzi Xəstaxanasına yerləşdirilib. 

    İlkin həkim müayinəsindən sonra S.Məmmədzadənin vəziyyətinin stabil olduğu bildirilir.

    Hazırda məktəbli Masallı Rayon Mərkəzi Xəstaxanasının Reanimasiya şöbəsində nəzarətdə saxlanılır.

    Hadisə ilə bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 
    PAYLAŞ:

    Oxşar xəbərlər