Lənkəranda şagird naməlum adamlar tərəfindən döyüldü - Rəsmi açıqlama

Lənkəranda şagird naməlum adamlar tərəfindən döyüldü - Rəsmi açıqlama
  • Manşet / Olay

  • Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu 20.11.2022-ci il tarixdə axşam saatlarında naməlum adamlar tərəfindən döyülərək Lənkəran Mərkəzi Xəstaxanasınin reanimasiya şöbəsinə yerləşdirilib.

    Bu məlumat Asiya.az-a Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən verilib.
    Məlumatda bildirilir ki, şagirdin valideynləri hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər.

    Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hadisə ilə bağlı Asiya.az-a verilən açıqlamada qeyd edilir ki, hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub. Hazırda araşdırma aparılır. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər